Ana Sayfa > Özəl > Çimayevə “Maybach” hədiyyəsi: Kadırov ailəsi ilə yaxınlıq yenidən gündəmdə

Çimayevə “Maybach” hədiyyəsi: Kadırov ailəsi ilə yaxınlıq yenidən gündəmdə


Bu gün, 19:00. Yazar: vasif
Çimayevə “Maybach” hədiyyəsi: Kadırov ailəsi ilə yaxınlıq yenidən gündəmdə


Çeçen əsilli UFC döyüşçüsü Həmzat Çimayevə Adam Kadırov tərəfindən “Mercedes-Maybach” markalı lüks avtomobil hədiyyə edilib. Məlumata görə, avtomobilin dəyəri təxminən 20 milyon rubl civarındadır.

Hədiyyənin təqdim olunma anı idmançının ABŞ-dakı məşqlərini işıqlandıran sosial media hesabında paylaşılıb və geniş rezonans doğurub. Çimayev avtomobillə birlikdə çəkilən fotosunu da paylaşaraq Kadırova təşəkkür edib.

Maraqlı məqamlardan biri də onun təqdimat zamanı “K13” adlı enerji içkisi ilə görüntülənməsidir. Bu brend Çeçenistanda istehsal olunur və Kadırov ailəsi ilə əlaqələndirilir.

Çimayevin Kadırov ailəsi ilə yaxın münasibətləri yeni deyil. O, əvvəlki illərdə də bir neçə dəfə bahalı avtomobillərlə mükafatlandırılıb.

Bununla yanaşı, beynəlxalq idman və hüquq təşkilatları bu münasibətlərə zaman-zaman tənqidi yanaşır, idmançının siyasi təsir altında olması ilə bağlı iddialar səsləndirilir.
Geri dön