Ana Sayfa > Ölkə > Millət vəkili Asif Əsgərov tərəfindən Zaqatalada növbəti vətəndaş qəbulu keçirilib

Millət vəkili Asif Əsgərov tərəfindən Zaqatalada növbəti vətəndaş qəbulu keçirilib


Bu gün, 14:12. Yazar: azer
Millət vəkili Asif Əsgərov tərəfindən Zaqatalada növbəti vətəndaş qəbulu keçirilib

Millət vəkili Asif Əsgərov tərəfindən Zaqatalada növbəti vətəndaş qəbulu keçirilib. Vətəndaşlarla keçirilən görüşlərdə onların müraciət və problemləri dinlənilib, sosial məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

Bu çərçivədə Suvagil kəndində Vətən müharibəsi şəhidi Elvin Qədirovun ailəsi ziyarət olunub. Ailə üzvləri ilə söhbət aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Görüş zamanı şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub, ailəyə mənəvi dəstək ifadə edilib. Millət vəkili Asif Əsgərov bildirib ki, şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Daha sonra Əliabad qəsəbəsində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, onları narahat edən sosial və gündəlik məsələlər müzakirə olunub. Müraciətlərin bir hissəsi yerində həll edilib, digər məsələlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.
Görüş zamanı vətəndaş müraciətlərinə həssas yanaşmanın vacibliyi vurğulanıb, qaldırılan məsələlərin operativ həlli istiqamətində işlərin davam etdiriləcəyi bildirilib. Tədbirdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və kənd ziyalıları iştirak ediblər.
Həmçinin, millət vəkili Asif Əsgərovun təşəbbüsü və vətəndaş müraciətləri əsasında bir sıra aztəminatlı ailələrə maddi yardım göstərilib.

Sonda şəhid ailələri və qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə İlham Əliyev və Mehriban Əliyeva-ya minnətdarlıqlarını ifadə ediblər.
Ölkə rəhbərliyinin vətəndaşlara göstərdiyi həssas yanaşma və sosial məsələlərin həllinə xüsusi diqqət ayırması vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu siyasət cəmiyyətlə dövlət arasında etimadın möhkəmlənməsində mühüm rol oynayır.
Geri dön