Ana Sayfa > Ölkə > V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri keçirilib

V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri keçirilib


Bu gün, 13:57. Yazar: vasif
V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri keçirilib


V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri təşkil olunub.

aia.az xəbər verir ki,“Ağıllı texnologiyalar, süni intellekt və rəqəmsallaşma vasitəsilə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi” adlı 1-ci dəyirmi masada kənd təsərrüfatı üzrə rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, təsərrüfat səviyyəsində qərar qəbuletməni dəstəkləyən süni intellekt əsaslı alətlər, iqlim dayanıqlılığı üçün məlumatlara əsaslanan sistemlər, milli aqro-ərzaq gündəliyinin icrası məqsədilə institusional koordinasiya mövzuları ətrafında müzakirə aparılıb.

2-ci dəyirmi masa “Aqro-ərzaq sektorunda investisiya və ixrac rəqabətqabiliyyətliliyi” mövzusuna həsr olunub. Müzakirədə iştirak edən mütəxəssislər aqro-ərzaq dəyər zəncirləri üzrə investisiya prioritetləri, ixrac rəqabətqabiliyyətliliyi və şaxələndirmə strategiyaları, həmçinin maliyyələşdirmə alətləri və risklərin azaldılması mexanizmləri barədə fikirlərini bölüşüblər.

Tədbirdə aqrar sahənin müxtəlif istiqamətləri üzrə təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.


Geri dön