Ana Sayfa > Ölkə / İdman > Tovuzda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turniri keçirilib

Tovuzda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turniri keçirilib


Bu gün, 12:10. Yazar: azer
Tovuzda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turniri keçirilib

Tovuz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turniri keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş 13-14 yaşlı yeniyetmə oğlanlar arasında minifutbol üzrə rayon turniri keçirilib.

aia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektoru və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, eləcə də Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil sektorunun məsul əməkdaşı Elşən Musayev, həmçinin rayonun ümumtəhsil məktəblərinin idman müəllimləri iştirak ediblər.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan, gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edərək, bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, sağlam və vətənpərvər gənc nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə yeniyetmələr yüksək əzmkarlıq nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıblar.
Turnirin yekununda fərqlənən komandalar Kubok, diplom və medallarla təltif olunublar.
Geri dön