Ana Sayfa > Ölkə > "Fahişəliklə məşğul olmaq qadağan olunmur, fahişəliyə cəlbetmə qadağan olunur" -

"Fahişəliklə məşğul olmaq qadağan olunmur, fahişəliyə cəlbetmə qadağan olunur" -


Bu gün, 11:18. Yazar: Subhan
"Fahişəliklə məşğul olmaq qadağan olunmur, fahişəliyə cəlbetmə qadağan olunur" -

"Cinayət Məcəlləsinə insan alveri ilə bağlı fəsil əlavə olunmalıdır. Bizdə fahişəliklə məşğul olmaq qadağan olunmur, fahşəliyə cəlbetmə qadağan olunur. Bu necə ola bilər?".

aia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ı ilə bağlı çıxışı zamanı “Polisə Dəstək” İctimai Birliyinin sədri, ekspert Şəmsəddin Əliyev deyib.

"Digər müşahidə etdiyim məsələ odur ki, hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var", - deyə Ş.Əliyev bildirib.

Parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Miryaqub oğlu Seyid bununla bağlı qeyd edib:

"Şəmsəddin müəllim dedi ki, qanunvericilik fahişəliyi təbliğ edir. Həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində bu əmələ görə sanksiyalar nəzərdə tutulur. Yəni, bunlar cəzalandırılır. Təbliğ yox, əksinə onun qarşısının alınması üçün müəyyən tədbilər nəzərdə tutulub".

aia.az
Geri dön