Ana Sayfa > Gündəm > Polkovnikə 8 İL HƏBS

Polkovnikə 8 İL HƏBS


14-03-2017, 13:32. Yazar: admin
Polkovnikə 8 İL HƏBS


"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Ə.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. Əlövsət Məhərrəmov 2015-ci ilin fevralında həbs edilib.

Araşdırma zamanı məlum olub ki, 90 nəfərdən çox vətəndaşa özünü Fövqəlada Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəltmək vədi verib. Ə.Məhərrəmov həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib.

AİA.az
Geri dön