Ana Sayfa > Dünya > Ermənistanda seçkiqabağı təşviqat başlayır

Ermənistanda seçkiqabağı təşviqat başlayır


Bu gün, 09:34. Yazar: Subhan
Ermənistanda seçkiqabağı təşviqat başlayır

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyası mayın 8-dən rəsmən başlayır.

aia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir.

Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 17 partiya və 2 blok daxil olmaqla 19 siyasi qüvvəni qeydiyyata alıb.

Təşviqat kampaniyası iyunun 5-i daxil olmaqla davam edəcək.

Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan bu gündən etibarən seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxıb.

aia.az
Geri dön