Ana Sayfa > Dünya > HƏMAS liderinin dördünü oğlu da öldürüldü – İsraildən növbəti zərbə

HƏMAS liderinin dördünü oğlu da öldürüldü – İsraildən növbəti zərbə


Bu gün, 21:30. Yazar: vasif
HƏMAS liderinin dördünü oğlu da öldürüldü – İsraildən növbəti zərbə


İsrail ordusu Qəzzada HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyanın oğlu Azzam əl-Həyyaya qarşı zərbə endirib.

aia.az xəbər verir ki, bu barədə İsrail hərbi mənbələri məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində Azzam əl-Həyyə həlak olub. Bununla da Xəlil əl-Həyyanın son illərdə İsrail əməliyyatları zamanı öldürülən oğullarının sayı dördə çatıb.

Xəlil əl-Həyyə HƏMAS-ın əsas siyasi liderlərindən biri hesab olunur və təşkilatın rəhbərliyində mühüm fiqurlardan sayılır.
Geri dön