Ana Sayfa > İdman > “CBC Sport” telekanalının bəyanatı

“CBC Sport” telekanalının bəyanatı


Bu gün, 13:23. Yazar: Subhan
“CBC Sport” telekanalının bəyanatı

Mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.

Bu barədə aia.az-a “CBC Sport” kanalından məlumat verilib.

"Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.

Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk",-deyə açıqlamada qeyd olunub.

aia.az
Geri dön