Ana Sayfa > Təhsil / Karusel > Universitetlərdə dərslər

Universitetlərdə dərslər


Bu gün, 12:58. Yazar: Subhan
Universitetlərdə dərslər

Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrində tədris distant formada keçiriləcək. Elm və təhsil naziri Emin Əmrullayev Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı Əmr imzalayıb.

aia.az-ın xəbərinə görə, Lakin bəzi tələbələr “Qafqazinfo”ya müraciət edərək təhsil aldıqları universitetlərdə tədrisin ənənəvi qaydada davam etdiriləcəyini bildiriblər. Onların sözlərinə görə, rəhbərlik tərəfindən bu qaydanın paytaxtın kənarda yerləşən ali məktəblərinə şamil edilməyəcəyi barədə xəbərdarlıq edilib.

Məsələyə aydınlıq gətirmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 18-22 may tarixlərində Bakıdakı bütün ali və orta ixtisas məktəblərində tədris onlayn formada təşkil ediləcək: “Bu təcrübə pandemiya dövründən mövcuddur və bu formata keçidlə bağlı heç bir çətinlik yoxdur, maddi və texniki imkanlar buna cavab verir”.

aia.az
Geri dön