Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Daha 4 rayon Əli Kərimlidən imtina etdi

Daha 4 rayon Əli Kərimlidən imtina etdi


2-10-2015, 14:59. Yazar: admin
Daha 4 rayon Əli Kərimlidən imtina etdi

Sıraları sürətlə genişlənməkdə olan AXCP Ehtimad Qurultayı Təşkilat Komitəsinə daha 4 rayon qoşulub

Təşkilatdan AzVision.az-a verilən məlumata görə, Ağdaş, Ağcabədi, Yevlax və Şirvan şəhərlərində uğurla keçirilən konfranslarda, bu rayonların cəbhəçiləri Əli Kərimli sədrliyində olan partiyadan imtina edərək, Razi Nurullayevi dəstəklədiklərini bəyan ediblər.

Partiyanın dünəni, bu günü və gələcəyinin geniş müzakirə olunduğu konfransların sonunda təşkilati məsələlərə baxılıb. Ağdaş şöbəsinə Mustafayev İbrahim Ömər oğlu sədr, Zakirov Şadəddin Razəddin oğlu Ali Məclis üzvü seçiliblər. Ağcabədidə isə sədr Fərzəliyev Sabir Cəmil oğlu olub.

Yevlax şöbəsində sədrlik Əmrahov Yaşar Yaqub oğluna etimad edilib. Şirvanda isə sədr Nadirli İsmayıl seçilib.
Geri dön