Ana Sayfa > İdman > Çempionlar Liqasında ikinci finalçı bəlli oldu
Çempionlar Liqasında ikinci finalçı bəlli olduBu gün, 09:20. Yazar: Subhan |
![]() UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olub. aia.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olub. “Alyans Arena”da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandaların ilk dueli PSJ-nin xeyrinə (5:4) başa çatdığından, Paris klubu iki görüşün nəticəsinə əsasən, finala yüksəlib. Qeyd edək ki, mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək həlledici qarşılaşmada PSJ-nin rəqibi İngiltərə "Arsenal"ı olacaq. aia.az Geri dön |