Ana Sayfa > Dünya > Makronla Paşinyan “sevgili" kimi ayrıldılar

Makronla Paşinyan “sevgili" kimi ayrıldılar


Dünən, 21:44. Yazar: vasif
Makronla Paşinyan “sevgili" kimi ayrıldılar


Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana səfər edən Fransa prezidenti Emmanuel Makron ökəsinə geri dönərkən Ermənistan baş naziri Nikol Paşinyanla hava limanında bir-birilərinə dəfələrə elə sarıldılar, elə baxışdılar, sanki iki sevgili uzun müddətə bir-birindən ayrılırlar.

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Makronun İrəvandakı bu hərəkətləri özünü guya “öz evindəki” kimi göstərmək, erməni cəmiyyətinə və bir sıra regional güc mərkəzlərinə mesaj məqsədi daşıyırdı: “Bu cür hərəkətlər klassik diplomatik protokoldan kənar, daha çox ictimai diplomatiya tryuklarıdır. Ermənistan ictimaiyyətində simpatiya qazanmaq, özünü “xalqın içində olan siyasətçi” kimi təqdim etmək, Fransa-Ermənistan münasibətlərini emosional səviyyədə gücləndirmək üçün Makron əldən-ayaqdan getdi. Lakin bu davranışlar regionun digər aktorları tərəfindən ciddi siyasətdən daha çox populist jest kimi də qəbul ediləcək və heç də xoş qarşılanmır. Türkiyə Prezidenti Ərdoğanın Makronu ölkəsinə buraxmaması da bu baxımdan təsadüfi deyi. Bir zamanlar ABŞ-nin prezidenti kiçik Corc Buş Mixail Saakaşvilinin hakimiyyətdə olduğu Gürcüstanın mərkəzində meydanda rəqs edirdi. Bu gün Mixail Saakaşvili sahibsiz vəziyyətdə həbsxanadadır. İndi Makron gəlib İrəvanda rəqs edir, mahnı oxuyur, ermənilərə “mənə güvənin” deyir. Axırının necə olacağını zaman göstərəcək”.

Politoloq deyib ki, Makronun Ermənistan səfəri və açıqlamaları Fransanın Cənubi Qafqaz siyasətində açıq şəkildə tərəf seçdiyini göstərir. Bu isə hər hansı bir məsələdə Fransanın vasitəçi rolunun üstündən xətt çəkilməsi deməkdir: “Azərbaycan xalqına, dövlətinə qarşı ağır cinayətlər həyata keçirmiş, cinayətləri məhkəmədə sübuta yetirilmiş və özləri tərəfindən də etiraf edilmiş həbsdə qanuni cəzalarını çəkən müharibə canilərini “erməni əsirlər” adlandıran Makronun rəhbərlik etdiyi ölkə heç bir məsələdə ədalətli vasitəçi ola bilməz".

Qeyd edək ki, Fransa prezidenti İrəvanda Paşinyanla birlikdə mahnı oxuyub, piano çalıb, rəqs edib, İrəvan küçələrində qaçışa çıxıb və sair ərkyana hərəkətlər edib.
Geri dön