Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda yoxa çıxan məktəbli qız tapıldı - YENİLƏNİB

Bakıda yoxa çıxan məktəbli qız tapıldı - YENİLƏNİB


14-03-2017, 11:53. Yazar: admin
Bakıda yoxa çıxan məktəbli qız tapıldı - YENİLƏNİB


Dünən Bakının Nərimanov rayonu ərazisində itkin düşən 18 yaşlı qız tapılıb.

AİA.Az xəbər verir ki, 11-ci sinif şagirdi olan N.K-nın oxuduğu 202 saylı orta məktəbin direktoru Qasım Qasımov lent.az-a bildirib ki, dünən evə gec gedən məktəblinin anası təşvişə düşərək polisə müraciət edib:

"Həmin qızın qardaşı qızılca olub, ona görə də bu gün məktəbə gəlməyib. Mən əlaqə saxlayıb maraqlandım, uşaq hazırda evlərindədir".

----------

10:47

Bakıda məktəbli itkin düşüb.

AİA.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.


AİA.az
Geri dön