Ana Sayfa > Dünya > Heç kim dişsiz qalmayacaq -
Heç kim dişsiz qalmayacaq -Bu gün, 13:25. Yazar: Subhan |
![]() Kyoto Universitetinin tədqiqatçıları dişlərin yenidən çıxmasını təşviq edən dərmanın insanlar üzərində sınaqlarına keçiblər. aia.az xarici mətbuata istinadən xəbər verir ki, yapon alimləri itirilmiş dişlərin bərpasına kömək edə biləcək bir dərmanı 2030-cu ilə qədər satışa çıxarılacağını açıqlayıblar. İnsan bədənindəki ən sərt quruluş olan diş minası, sınıq sümüklərdən fərqli olaraq özünü bərpa edə bilmir. Lakin, bu yeni hazırlanmış müalicə üsulu diş itkisinə qarşı mübarizədə inqilab etmək potensialına malikdir. Kyoto Universitetində hazırlanan dərman, "USAG-1" adlı bir zülalın təsirini bloklamağa yönəlib. Xərçəng müalicəsində tez-tez istifadə olunan monoklonal antikor texnologiyasından istifadə edərək yeni bir formula hazırlanmışdır. Müalicə, USAG-1 ilə sümük inkişafında iştirak edən zülallar arasındakı qarşılıqlı təsiri kəsərək bədənin diş bərpası mexanizmini aktivləşdirməyi hədəfləyir. Heyvan təcrübələrində yeni dişlərin əmələ gəlməsinin uğurla müşahidə edildiyi açıqlanıb. Dərmanın insanlar üzərində ilk klinik sınaqları 2024-cü ilin sentyabr ayında başlayıb. Tədqiqat qrupu, klinik sınaqların planlaşdırıldığı kimi davam edəcəyi təqdirdə, dərmanın 2030-cu ilə qədər geniş şəkildə əldə edilə biləcəyini təxmin edir. aia.az Geri dön |