Ana Sayfa > Özəl > Sibiqa Rusiyanı sərt ittiham etdi - “Atəşkəs yalandır, Moskva danışıqlar adı altında hücum edir”

Sibiqa Rusiyanı sərt ittiham etdi - “Atəşkəs yalandır, Moskva danışıqlar adı altında hücum edir”


Dünən, 22:00. Yazar: vasif
Sibiqa Rusiyanı sərt ittiham etdi - “Atəşkəs yalandır, Moskva danışıqlar adı altında hücum edir”


Ukraynanın XİN rəhbəri Andrey Sibiqa Rusiyanın elan edilən atəşkəsi pozduğunu və sülh prosesini imitasiya etdiyini bildirib.

Onun sözlərinə görə, mayın 6-na keçən gecə Ukraynaya 100-dən çox dron və bir neçə raketlə kütləvi hücum edilib. Bu isə Moskvanın “atəşkəs” bəyanatlarının real olmadığını göstərir.

Kiyev bu hücumları mülki infrastruktura zərbələr və sülh təşəbbüslərinə qarşı açıq sabotaj kimi qiymətləndirir. Sibiqa qeyd edib ki, Rusiya danışıqlardan yalnız vaxt qazanmaq və hərbi əməliyyatları davam etdirmək üçün istifadə edir.

Ukrayna tərəfi beynəlxalq ictimaiyyəti daha sərt mövqe sərgiləməyə və sanksiyaların gücləndirilməsinə çağırıb.
Geri dön