Ana Sayfa > Özəl > Meloninin Bakıdan İran mesajı - İtaliya sabitlik və gərginliyin azaldılmasını istəyir

Meloninin Bakıdan İran mesajı - İtaliya sabitlik və gərginliyin azaldılmasını istəyir


Bu gün, 20:00. Yazar: vasif
Meloninin Bakıdan İran mesajı - İtaliya sabitlik və gərginliyin azaldılmasını istəyir


İtaliya Baş naziri Ciorcia Meloninin Bakıda İranla bağlı səsləndirdiyi fikirlər regionda artan gərginliyə Qərbin praqmatik yanaşmasının göstəricisi kimi qiymətləndirilir. O, Prezident İlham Əliyevlə görüşdə İran böhranının tezliklə yumşalmasının vacibliyini vurğulamaqla yanaşı, bölgədə sabitliyin qorunmasına dəstək verən təşəbbüslərə açıq olduqlarını bildirib.

Analitiklərin fikrincə, Meloninin mesajı bir neçə xətt üzrə oxunur: birincisi, İtaliya Azərbaycanın İranla həmsərhəd olması faktını nəzərə alaraq bölgədə hər hansı eskalasiyanın Avropanın enerji və logistika maraqlarına zərbə vuracağından ehtiyat edir; ikincisi isə Roma Tehranla keçmiş iqtisadi əlaqələrini tam itirməyib və böhranın nəzarətdən çıxmasını istəmir.

Bakı kontekstində isə bu bəyanat Azərbaycanın regional proseslərdə təkcə müşahidəçi deyil, həm də məlumat və vasitəçilik potensialına malik aktor kimi qəbul edildiyini göstərir. Meloninin “Azərbaycanın mövqeyini dinləmək vacibdir” fikri də məhz bu reallığa işarə kimi dəyərləndirilir.

Ümumilikdə, səfər zamanı səslənən İran mesajı sərt siyasi bəyanatdan çox, “gərginliyin idarə olunması” və diplomatik balansın qorunması çağırışı kimi oxunur.
Geri dön