Ana Sayfa > Özəl > Zaqatalada yarımstansiyada qəza – 15 mindən çox sakin işıqsız qaldı

Zaqatalada yarımstansiyada qəza – 15 mindən çox sakin işıqsız qaldı


Bu gün, 11:11. Yazar: vasif
Zaqatalada yarımstansiyada qəza – 15 mindən çox sakin işıqsız qaldı


Zaqatalada elektrik yarımstansiyalarından birində baş verən qəza genişmiqyaslı elektrik kəsintisinə səbəb olub.

Məlumata görə, gecə saatlarında Tala çayının sağ sahilində yerləşən “Tala” yarımstansiyasında nasazlıq yaranıb. Nəticədə Yuxarı Tala və Aşağı Tala kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb və 15 mindən çox sakin işıqsız qalıb.

Hazırda Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə cəlb olunub və alternativ xətlər vasitəsilə enerjinin bərpası istiqamətində işlər aparılır.

Qəzanın səbəbləri araşdırılır, elektrik təchizatının tam bərpası üçün əməliyyatlar davam etdirilir.
Geri dön