Ana Sayfa > Özəl > Ermənistan yeni geosiyasi xəttə keçir? – Paşinyan üçün riskli mərhələ

Ermənistan yeni geosiyasi xəttə keçir? – Paşinyan üçün riskli mərhələ


Bu gün, 16:00. Yazar: vasif
Ermənistan yeni geosiyasi xəttə keçir? – Paşinyan üçün riskli mərhələ


Fransa prezidenti Emmanuel Makronun İrəvanda verdiyi açıqlamalar və Ermənistan–Aİ əməkdaşlığının genişlənməsi regionda yeni siyasi müzakirələr yaradıb.

Makron Ermənistanı “Rusiyanın təsirindən çıxmış ölkə” kimi təqdim edib və Avropanın təhlükəsizlik rolunu vurğulayıb. Eyni zamanda Ermənistanın Aİ ilə imzaladığı sənədlərdə Ukraynanın suverenliyinə dəstək ifadə olunması Moskva ilə gərginliyi artıran addım kimi qiymətləndirilir.

Siyasi şərhlərə görə, bu proses Ermənistanın Rusiya ilə balans siyasətindən uzaqlaşaraq Qərbə daha açıq yönəlməsi deməkdir. Bu isə Moskva tərəfindən narazılıqla qarşılana və siyasi, iqtisadi təzyiqlərin artmasına səbəb ola bilər.

Ekspertlər hesab edir ki, Paşinyan hökuməti bir tərəfdən Qərb inteqrasiyası ilə siyasi dəstək qazansa da, digər tərəfdən Rusiya ilə münasibətlərdə daha riskli və həssas mərhələyə daxil olur.
Geri dön