Ana Sayfa > Siyasət > Azərbaycan-İtaliya tərəfdaşlığı uğurla davam edir
Azərbaycan-İtaliya tərəfdaşlığı uğurla davam edirBu gün, 11:10. Yazar: azer |
![]() Cari il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev deyib ki, bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlməyiniz bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bütün bunlar o deməkdir ki, Azərbaycan diplomatiyası bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib və “orta güc” olan ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb. İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur. Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də iki liderin mətbuat konfransında geniş danışılıb. Bəhruz Ramazanov, YAP Qusar rayon təşkilatının məsləhətçisi. Geri dön |