Ana Sayfa > Ölkə > Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Qanunsuz saxlanılan silah-sursat aşkarlandıBu gün, 10:58. Yazar: Subhan |
![]() Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. aia.az Geri dön |