Ana Sayfa > Dünya / Manşet > Çavuşoğlunun qardaşı ofisində güllələndi -
Çavuşoğlunun qardaşı ofisində güllələndi -Bu gün, 11:41. Yazar: Subhan |
![]() 52 yaşlı iş adamı Aydın Çavuşoğlu Alanya rayonundakı ofisində güllə yarası ilə yaralı vəziyyətdə tapılıb. aia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, A.Çavuşoğluya məxsus yanacaqdoldurma məntəqəsində silah səsləri eşidilib. Hadisədən sonra işçiləri Çavuşoğlunu ofisində yaralı vəziyyətdə tapıblar. Məlumatdan sonra əraziyə səhiyyə və təhlükəsizlik qrupları göndərilib. Ağır yaralandığı bildirilən Çavuşoğlu xəstəxanaya aparılıb və ilkin müalicədən sonra əməliyyat olunub. Aydın Çavuşoğlunun səhhəti kritik olaraq qalır. Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi ofis və yanacaqdoldurma məntəqəsində araşdırma aparır. Qeyd edək ki, Aydın Çavuşoğlu Türkiyənin keçmiş xarici işlər naziri, AK Partiya Antalya millət vəkili Mövlud Çavuşoğlu ilə “Alanyaspor” klubunun prezidenti Həsən Çavuşoğlunun qardaşıdır. *** AK Partiya Antalya millət vəkili Mövlud Çavuşoğlunun qardaşı və iş adamı Aydın Çavuşoğlunun xəstəxanaya yerləşdirilməsi xəbəri Alanyada böyük ajiotaj yaradıb. aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın Çavuşoğlu tibbi qruplar tərəfindən ilkin müalicə aldıqdan sonra təcili əməliyyat olunub. Çavuşoğlunun sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməsə də, xəstəxana ətrafındakı fəaliyyət diqqəti cəlb edib. Belə ki, Çavuşoğlunun qohumları və çoxsaylı vətəndaşlar xəstəxanaya axın ediblər. Gecə saatlarında xəstəxananın ətrafına böyük izdiham toplaşıb və polis qrupları ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. aia.az Geri dön |