Ana Sayfa > Media > Tramp illik maaşını hara xərcləyəcək?

Tramp illik maaşını hara xərcləyəcək?


14-03-2017, 10:13. Yazar: admin
Tramp illik maaşını hara xərcləyəcək?




ABŞ prezidenti Donald Tramp illik maaşını xeyriyyə məqsədilə xərcləyəcək.

AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bildirib.

“Prezident ilin sonunda öz əmək haqqısını xeyriyyə məqsədilə xərcləmək niyyətindədir. O, sizdən bunun hansı sahələrə xərclənməli olduğunu müəyyənləşdirməyinizi istəyib. Bu, jurnalistlərin maliyyənin hara getdiyi barədə iddialarından yayınmağa imkan verəcək”, - deyə Spayser vurğulayıb.

Qeyd edək ki, Donald Tramp öz seçki kampaniyası zamanı maaş almağı planlaşdırmadığını söyləmişdi.

ABŞ liderinin əmək haqqı ildə 400 min dollar təşkil edir.


AİA.az
Geri dön