Ana Sayfa > İqtisadiyyat > Qeyri-sabit hava meyvə bazarını silkələdi - Qiymətlər ARTACAQ?
Qeyri-sabit hava meyvə bazarını silkələdi - Qiymətlər ARTACAQ?Bu gün, 19:37. Yazar: vasif |
![]() Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına, xüsusilə də çiçəklənmə dövründə olan meyvə bağlarına ciddi təsir göstərib. Xaçmaz rayonu və Zaqatala rayonudan olan fermerlər bildirirlər ki, ardıcıl yağan yağışlar bağlarda aparılan aqrotexniki işləri çətinləşdirib. Fermerlərdən birinin sözlərinə görə, şaftalı, nektarin və alça bağlarında vaxtında görülməli olan işlər gecikib, dərmanların yağış səbəbindən yuyulması isə ciddi ziyana yol açıb. Onun sözlərinə görə, bu il məhsul itkisi 85-90 faizə çatıb və ümumi zərər təxminən 8-9 min manat civarındadır. Fermerlər qeyd edib ki, qeyri-sabit hava daha çox şimal-qərb bölgələrində, xüsusilə Balakən rayonu və Qax rayonu ərazilərində fəsadlar yaradıb. Onların sözlərinə görə, artan rütubət və yağıntı müxtəlif bitki xəstəliklərinin yayılmasına şərait yaradır. Ekspertlər bildiriblər ki, məhsulun azalması bazarlara da təsir göstərəcək və bu il gilas, alça və şaftalı kimi meyvələrin qiymətində artım gözlənilir./milli.az/ Geri dön |