Ana Sayfa > Siyasət / Karusel > Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu14-03-2017, 09:57. Yazar: admin |
Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib. Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib. "Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş vurğulayıb. Baş nazirin müavini Niderlandla yüksək səviyyəli görüşlərin təxirə salındığını da bəyan edib. Kurtulmuş qeyd edib ki, Türkiyə niderlandlı diplomatların da ölkəyə uçuşlarını qadağan edəcək. AİA.az Geri dön |