Ana Sayfa > Ölkə > Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıdı
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıdıBu gün, 15:18. Yazar: Subhan |
![]() 2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 976 nəfər olub. aia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Məlumata görə, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb. Qeyd edək ki, 2026-cı ilin mart ayı ərzində isə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 628 nəfər olub. Onların 114 713 nəfəri yaşa, 13 987 nəfəri əlilliyə, 22 928 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb. aia.az Geri dön |