Ana Sayfa > Gündəm / Özəl > Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə seçicilərlə görüşüb


Bu gün, 15:12. Yazar: azer
Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səttar Möhbalıyev 5 may 2026-cı il tarixində Babək rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.

aia.az xəbər verir ki, qəbul rayonun Məmmədrza Dizə kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib, Digər məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib.
Daha sonra şəhid məzarını ziyarət edilib

Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Məmmədrza Dizə kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Babək rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Geri dön