Ana Sayfa > Özəl > Neft bazarında kəskin dəyişiklik – qiymətlər sürətlə gerilədi

Neft bazarında kəskin dəyişiklik – qiymətlər sürətlə gerilədi


Bu gün, 11:00. Yazar: vasif
Neft bazarında kəskin dəyişiklik – qiymətlər sürətlə gerilədi


Dünya enerji bazarında neft qiymətlərində eniş qeydə alınıb. Bu dəyişiklik əsasən ABŞ-nin Hörmüz boğazı ilə bağlı gərginliyi azalda biləcəyi barədə gözləntilərlə əlaqələndirilir.

Məlumata görə, bazarlarda yaranan optimizm tanker daşımalarının əsas marşrutlardan biri olan Hörmüz boğazında daha rahat hərəkət edə biləcəyi ehtimalından qaynaqlanır.

London birjasında “Brent” markalı neftin iyul fyuçersləri 1 dollardan çox ucuzlaşaraq 113 dollar səviyyəsinə düşüb. Nyu-York Əmtəə Birjasında (NYMEX) isə “WTI” markalı neft də təxminən 2 dollar geriləyərək 104 dollar ətrafında ticarət olunub.

Qeyd edilir ki, bundan əvvəlki sessiyada neft qiymətləri kəskin artım nümayiş etdirmişdi. Bu isə bazarda yüksək volatilliyin davam etdiyini göstərir.

Analitiklər hesab edirlər ki, geosiyasi siqnallar və Hörmüz boğazı ətrafında vəziyyət neft qiymətlərinin yaxın günlərdə də dəyişkən qalmasına səbəb ola bilər.
Geri dön