Ana Sayfa > Ölkə > Qızıl mağazasından oğurluq edən şəxs həbs olundu

Qızıl mağazasından oğurluq edən şəxs həbs olundu


Bu gün, 12:28. Yazar: Subhan
Qızıl mağazasından oğurluq edən şəxs həbs olundu


Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

aia.az xəbər verir ki, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

aia.az
Geri dön