Ana Sayfa > Gündəm > Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirəcək
Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirəcək13-03-2017, 17:37. Yazar: admin |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 17-də Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. AİA.az FHN-in saytına istinadən xəbər verir ki, qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 16 mart 2017-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. AİA.az Geri dön |