Ana Sayfa > Gündəm > Dövlət başçımızın çıxışı yüksək siyasi fəallıq formatında tarixləşdi
Dövlət başçımızın çıxışı yüksək siyasi fəallıq formatında tarixləşdiBu gün, 20:40. Yazar: azer |
![]() Azərbaycan əksər beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu təmsil olunma inama, ehtirama əsaslanır. Bu ehtiram özlüyündə bəşəriliyə görə yaranır, bəşəriliyə görə davam edir. Azərbaycan “Avropa Siyasi Birliyi”nin də rəğbətini belə qazanıb, bu rəğbət bu səviyyədə indi də davam edir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması ərəfəsində Yerevanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı keçirildi. Bu toplantıda videobağlantı formatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Bu iştirak Azərbaycanın siyasi nüfuzunu da yüksəltdi, onun dünyəvi proseslərdə fəal iştirakının bəşəri mahiyyətini də təsdiqlədi. Çıxışında bir il əvvəl Tiranaya səfərində Prezident Koştanın və Prezident Fon der Lyayenin Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyini soruşduqlarını, tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsini təklif etdiyini, Prezident Koştanın iki ay əvvəl Azərbaycana səfərində 8-ci Zirvə toplantısını da, Azərbaycan Prezidentinin tədbirə videobağlantı formatında qoşulacağını da müzakirə etdiklərini, “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət etdiyini, Ermənistanın Azərbaycanın namizədliyini dəstəklədiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdi ki, “Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik; - Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı...”... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəkliklərə də münasibətini bildirdi. Neçə on illərlə mövcud olmuş ikili standartların başqa formatda indi də davam etdiyini xatırlatdı. Bu xatırlatma dünya düzəninə mane olmaq təşəbbüsü kimi qəbul edilməli xatırlatma oldu: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA)”. Dövlət başçımız çıxışında beynəlxalq təşkilatların gerçəkliklərə gerçək münasibət göstərmədiyini, hansı səbəblərdənsə, ikili standartlara əsaslanmağı fəaliyyətinin mahiyyətinə çevirdiyini də iştirakçıların diqqətinə çatdırdı. Bir el məsəlini xatırlayaq: “Deyənin eşidəni gərək”. Məqamı, əqidəsi, siyasi kursu sülh, dinc yanaşı yaşama, bəşəriik olan Azərbaycana belə münasibətin sonda iflasa uğrayacağı mütləqdir. Bu, mütləqlik dövlət başçımızın “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib…” fikirlərinin də qayəsi oldu… Çıxışında Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik edən, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu da bildiridi… Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il may ayının 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycan gerçəkliklərinin həm tədbir iştirakçılarına, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək siyasi formatda tarixləşdi… Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |