Ana Sayfa > Gündəm / Aia TV / Karusel > DİN: “O adamlar saxlanılıb...”
DİN: “O adamlar saxlanılıb...”2-10-2015, 14:37. Yazar: admin |
Daxili İşlər Nazirliyi dünən sosial şəbəkələrdə yayılan böyrək satılması ilə bağlı kağız elanlara münasibət bildirib DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ötən il də eyni məmzunlu elanlar yayılıb: “Diqqətli vətəndaşlarımızın yəqin ki, hələ də xatirindədir, keçən ilin iyun ayında Bakı metrosunun “Qara Qarayev” stansiyasının çıxışında naməlum şəxslərin insan böyrəkləri satması ilə əlaqədar elanların asılması barədə kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Elə o vaxt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yazıb qeyd olunan ərazidə yaymış iki nəfər- Bakı şəhər sakinləri, 19 yaşlı Emil Emkiyev və 17 yaşlı Muxtar İsmayılov müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı gənclər heç də böyrəklərini satmaq fikrində olmadıqlarını, belə elan verməkdə məqsədlərinin vətəndaşlarla guya zarafat etmək və cəmiyyətin buna reaksiyasını öyrənmək olduğunu bildirmişdilər. Onlar əməllərindən səmimi peşmançılıq keçirərək etdikləri hərəkətlərə görə üzr istəmiş və bir daha belə “zarafat”lar etməyəcəklərinə söz veriblər. E.Emkiyevə və M.İsmayılova ciddi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. O vaxt İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu məlumatı yayaraq məsələyə aydınlıq gətirdi”. E.Zahidov qeyd edib ki, dünəndən yayılan elanlar da köhnədir: “Lakin bu məlumatın üstündən bir ildən də çox vaxt keçəndən sonra, yəni dünən, bəzi xəbər portallarında və sosial şəbəkələrdə eyni məzmunlu məlumat yayıldı ki, yenə kimsə böyrəyin satır. Bu dəfə də DİN rəhbərliyinin göstərişi əsasında dərhal araşdırmalara başlanıldı və məlum oldu ki, elanlar da, orada göstərilən mobil telefon nömrələri də, elanların asıldığı yer də ötənilkidir. Sadəcə kimlərsə o vaxt saytlarda getmiş həmin xəbəri ortaya çıxarıb və yenidən yayıb. Çox təəssüflər olsun ki, bəzi “qazdan ayıq” xəbər saytları da bu məlumatın köhnəliyini tuta bilməyib, dəqiqləşdirmə aparmadan, mahiyyətinə varmadan dərhal “şok xəbər” kimi yayıblar”. Geri dön |