Ana Sayfa > Dünya > İran BƏƏ-yə hücum etdi
İran BƏƏ-yə hücum etdiBu gün, 20:15. Yazar: vasif |
![]() İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib. aia.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb. “İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, - Nazirliyin məlumatında deyilir. BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib. İran tərəfdən məsələyə münasibət bildirilməyib. Geri dön |