Ana Sayfa > İdman > Azərbaycan millisi Qazaxıstanla 2 oyun keçirəcək
Azərbaycan millisi Qazaxıstanla 2 oyun keçirəcəkBu gün, 16:00. Yazar: Subhan |
![]() Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək. AFFA-dan aia.az-a verilən məlumata görə, millimiz hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur. Millimizə dəvət edilən oyunçuların adlarını təqdim edirik: Qapıçılar: Elçin Qasımov, Emil Omarov; Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev. aia.az Geri dön |