Ana Sayfa > Özəl > Avstriyadan Rusiyaya diplomatik zərbə – 3 diplomat ölkədən çıxarıldı

Avstriyadan Rusiyaya diplomatik zərbə – 3 diplomat ölkədən çıxarıldı


Bu gün, 20:00. Yazar: vasif
Avstriyadan Rusiyaya diplomatik zərbə – 3 diplomat ölkədən çıxarıldı


Avstriya hökuməti casusluq fəaliyyəti ilə bağlı iddialar fonunda üç Rusiya diplomatını “persona non grata” elan edərək ölkədən çıxarıb.

Qərar diplomatik binaların damlarında radioelektron avadanlıqların aşkarlanmasından sonra qəbul edilib. Bu qurğuların mümkün casusluq məqsədləri üçün istifadə oluna biləcəyi ehtimal edilir.

Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger bildirib ki, diplomatik toxunulmazlıq casusluq fəaliyyəti üçün istifadə edilə bilməz və bu cür hallar qəbulolunmazdır.

Rəsmi məlumatlara görə, son qərardan sonra 2020-ci ildən bəri Avstriyadan çıxarılan Rusiya diplomatlarının sayı 14-ə yüksəlib.

Hadisə Vyana–Moskva xəttində diplomatik gərginliyin davam etdiyini göstərən növbəti addım kimi qiymətləndirilir.
Geri dön