Ana Sayfa > Gündəm / Karusel > Əfv sərəncamı nə vaxt veriləcək? - Rəsmi açıqlama

Əfv sərəncamı nə vaxt veriləcək? - Rəsmi açıqlama


13-03-2017, 16:23. Yazar: admin
Əfv sərəncamı nə vaxt veriləcək? - Rəsmi açıqlama



Azərbaycan prezidenti İlham Əliyevin həftə sonuna kimi əfv sərəncamı imzalayacağı gözlənilir.

AİA.az xəbər verir ki, bu barədə AzVision.az-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev xatırladıb ki, artıq Komissiyasının iclasları başa çatıb: “İclaslarda 900-dən artıq müraciət araşdırılıb və onların 450-nə müsbət rəy verilib. Sonrakı mərhələdə rəylər hazırlanaraq Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq. Bundan sonra ölkə başçısının əfv sərəncamı olacaq. Sərəncamın həftə sonuna qədər imzlanacağını gözləyirik”.


AİA.az
Geri dön