Ana Sayfa > Təhsil > Naxçıvanda müəllimlərin sertifikasiyası üzrə imtahanları başlanılıb
Naxçıvanda müəllimlərin sertifikasiyası üzrə imtahanları başlanılıbBu gün, 12:59. Yazar: Subhan |
![]() Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb. Naxçıvan Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, test imtahanına alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri olmaqla, ümumilikdə 2772 nəfərin cəlb olunması nəzərdə tutulub. Bildirirlib ki, 2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib. İki gün ərzində 99,2 faiz iştirak qeydə alınıb. İmtahanda iştirak edən namizədlərdən 512-si 51–60 bal aralığında nəticə göstərib, 9 nəfəri isə ən yüksək nəticə — 60 bal toplayıb. Qeyd olunub ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə növbəti test imtahanları mayın 10-da fizika, ibtidai sinif, coğrafiya, mayın 11-də isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri üçün təşkil olunacaq. aia.az Geri dön |