Ana Sayfa > İdman > "Qarabağ" "Turan Tovuz"a qarşı
"Qarabağ" "Turan Tovuz"a qarşıBu gün, 09:29. Yazar: Subhan |
![]() Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək. aia.az xəbər verir ki, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq. Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncü sıradadır. Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni məğlub edib. aia.az Geri dön |