Ana Sayfa > Gündəm / Karusel > Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru ola bilər

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru ola bilər


13-03-2017, 15:33. Yazar: admin
Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru ola bilər



Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.

AzVision.az TASS-a istinadən xəbər verir ki, Bülbüloğlunun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib.

Seçkilər bu ilin payızında keçiriləcək.

YUNESKO-da Azərbaycan missiyasının rəhbəri olan Anar Kərimovun sözlərinə görə, İcraiyyə Şurasına namizədin bioqrafiyası təqdim edilib.

Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır. O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.


AİA.az
Geri dön