Ana Sayfa > İdman > “Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı

“Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı


Bu gün, 09:16. Yazar: vasif
“Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı


Misli Premyer Liqasının XXX turunda bu gün daha iki oyun keçiriləcək.

“aia.az” xəbər verir ki, ilk olaraq “Sabah” “Şamaxı”nın qonağı olacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki “Sabah”ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında isə “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. “Qartallar” 46 xalla beşinci, “Qəbələ” 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.
Geri dön