Ana Sayfa > Ölkə > AZAL Təl-Əvivə uçuşları bərpa edir

AZAL Təl-Əvivə uçuşları bərpa edir


Bu gün, 13:00. Yazar: vasif
AZAL Təl-Əvivə uçuşları bərpa edir


"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.

aia.az bu barədə AZAL-a istinadən xəbər verir.

Bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək.

Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Təl-Əviv istiqaməti üzrə uçuşları dayandırmışdı.
Geri dön