Ana Sayfa > İdman > "Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO

"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO


Bu gün, 10:15. Yazar: vasif
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO


Müqavilə ilə "Srvena Zvezda"ya məxsus olan və icarə əsasında Türkiyə Superliqası təmsilçisi "Karagümrük"də çıxış edən Şavi Babika karyerasını Azərbaycanda davam etdirə bilər.

Sport1.az xəbər verir ki, qabonlu sol cinah vingerlə "Qarabağ" maraqlanır.

Ağdam klubu hücumun hər nöqtəsində çıxış edə bilən 25 yaşlı oyunçunu Abdullah Zubirin əvəzedicisi olaraq görür.

Qeyd edək ki, Qabon millisinin də üzvü olan Şavi karyerası ərzində "Aris" və "Tuluza" kimi komandaların da şərəfini qoruyub. Onun Serbiya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.




Geri dön