Ana Sayfa > Ölkə > SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilibBu gün, 18:42. Yazar: azer |
![]() SOCAR-ın təşkilatçılığı ilə “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib. SOCAR-ın qadın rəhbər şəxslərinin və “Women in Energy” Assosiasiyasının ölkəmizdə səfərdə olan nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynovanın, şirkətin vitse-prezidenti Arzu Cavadovanın, “Women in Energy” Assosiasiyasının sədri Andrea Panzelin çıxışları dinlənilib. Çıxışlarda energetika sektorunda çalışan qadınların bu sahənin inkişafındakı rolundan bəhs olunub, onların peşəkarlığı, innovativ yanaşmaları və dayanıqlı enerji gələcəyinin formalaşmasına töhfələri xüsusi vurğulanıb. Sonra SOCAR-da müxtəlif sahələr üzrə çalışan qadın nümayəndələr tərəfindən şirkətin fəaliyyət istiqamətlərinə dair təqdimatlar edilib. Bu xüsusda, SOCAR-ın kommunikasiya və strateji tərəfdaşlıqlar, kəşfiyyat, işlənmə və hasilat, insan kapitalının inkişafı və inklüzivlik, inteqrə olunmuş qaz strategiyası, rəqəmsal transformasiya üzrə fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra “Women in Energy” Assosiasiyasının məqsədləri və fəaliyyət istiqamətlərindən bəhs edən təqdimat dinlənilib. Tədbir çərçivəsində Assosiasiyanın nümayəndələri SOCAR-ın Baş ofisində Azərbaycan Nefti sərgisi, həmçinin Geofizika və Geologiya İdarəsində yeni nəsil avadanlıqlar, o cümlədən seysmik kəşfiyyatın dəqiqliyini artıran sistemlər, yüksək təzyiq şəraitində təhlükəsiz əməliyyatları təmin edən qurğular və real vaxt rejimində quyu idarəetməsini mümkün edən texnologiyalar ilə tanış olublar. Qeyd edək ki, “Women in Energy” Assosiasiyasının nümayəndələrinin ölkəmizin enerji sektorunun inkişafında mühüm rol oynayan, dünyada açıq dənizdə qurulan ilk neft sənayesi komplekslərindən biri olan Neft Daşlarına səfəri də nəzərdə tutulur. Geri dön |