Ana Sayfa > Siyasət > Azərbaycan idmanı yeni inkişaf mərhələsinə qədəm qoyub
Azərbaycan idmanı yeni inkişaf mərhələsinə qədəm qoyubBu gün, 15:01. Yazar: azer |
![]() Avropa çempionatında güləş üzrə milli komandanın komanda hesabında birinci yerə yüksəlməsi idman tarixində mühüm hadisə kimi qiymətləndirilir. Albaniyanın paytaxtı Tiranada əldə olunan bu qələbə təkcə idman nəticəsi deyil, eyni zamanda illər ərzində formalaşmış güclü məktəbin, sistemli hazırlıq prosesinin və zəngin ənənələrin məntiqi nəticəsidir. Bu uğur bir daha təsdiq edir ki, güləş Azərbaycan idmançılarının mötəbər yarışlarda ən çox titullar qazandığı idman növlərindən biridir. Çempionatın yüksək rəqabət şəraitində keçməsi bu qələbənin dəyərini daha da artırır. Müxtəlif ölkələrdən olan güclü rəqiblərlə aparılan gərgin mübarizədə idmançıların nümayiş etdirdiyi peşəkarlıq və iradə onların yüksək hazırlıq səviyyəsindən xəbər verir. Qazanılan nəticə həm yunan-Roma, həm də sərbəst güləş növündə komanda üstünlüyünün təmin olunması ilə daha da əlamətdar olub. Dövlətimizin başçısının vurğuladığı kimi, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar: “Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları”. İdmanın uğuru təkcə medal və nəticə ilə ölçülmür. Bu mühüm faktor, eyni zamanda cəmiyyətin mənəvi həyatına təsir edir. Beynəlxalq yarışlarda bayrağın yüksəlməsi hər bir vətəndaşda qürur hissi yaradır, milli həmrəyliyi gücləndirir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu baxımdan idman cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib. Son illərdə idman sahəsində müşahidə olunan inkişaf tendensiyası sistemli dövlət siyasətinin nəticəsi kimi dəyərləndirilir. Müasir idman infrastrukturu, regionlarda yaradılan Olimpiya İdman kompleksləri və güləş zalları gənclərin idmana cəlb olunmasını genişləndirir. Bu isə istedadların erkən mərhələdə üzə çıxarılmasına və peşəkar idmançı kimi formalaşmasına şərait yaradır. Federasiya daxilində aparılan işlər də uğurların davamlılığını təmin edən əsas amillərdəndir. Tanınmış idmançıların və Olimpiya çempionlarının idarəçilikdə və məşqçi heyətində yer alması təcrübə mübadiləsini gücləndirir. Keçmiş çempionların yeni nəsil idmançılar yetişdirməsi idman ənənələrinin davam etməsini təmin edir. Bu təkmil model güləşin gələcək inkişafına möhkəm zəmin yaradır. Xüsusilə qeyd olunmalıdır ki, gənc idmançıların beynəlxalq arenada əldə etdikləri nəticələr sevindirici haldır. Onların uğurları təsdiq edir ki, seleksiya və məşq prosesi düzgün qurulub və sistemli şəkildə inkişaf etdirilir. Bu isə gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağına əsas verir. Qadın güləşində əldə olunan nəticələr də təqdirəlayiqdir, qızların beynəlxalq yarışlarda medal qazanması bu sahəyə marağın artdığını və qadın idmanının inkişaf etdiyini göstərir. Bu tendensiya gələcəkdə daha geniş nəticələrin əldə olunmasına şərait yaradır. Komandada hökm sürən yüksək ruh və birlik də uğurun mühüm komponentlərindən biridir. İdmançıların bir ailə kimi çıxış etməsi, bir-birinin qələbəsinə sevinməsi sağlam komanda mühitinin göstəricisidir. Bu isə həm psixoloji sabitlik, həm də yarışlarda daha yaxşı nəticələr üçün əsas amillərdəndir. İdmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranışı xüsusi əhəmiyyət daşıyır. Onların yüksək mənəvi keyfiyyətləri cəmiyyət üçün örnək rolunu oynayır. Bu amillər idmanın tərbiyəvi funksiyasını daha da gücləndirir və gənclərin düzgün istiqamətdə formalaşmasına xidmət edir. Beynəlxalq yarışlarda bəzən ədalətsizlik və qərəzli yanaşmaların olması da reallıqdır. Lakin belə hallarda belə idmançıların ləyaqətli davranışı və peşəkarlığı onların əsl çempion xarakterini ortaya qoyur. Bu prinsip həm fərdi nüfuzu, həm də təmsil olunan idman məktəbinin imicini qoruyur. Ümumilikdə, Avropa çempionatında əldə olunan komanda qələbəsi güləşin inkişafında yeni mərhələ kimi dəyərləndirilir. Bu nəticə uzun illərin zəhmətinin, düzgün qurulmuş sistemin və güclü idman ənənələrinin təntənəsidir. Qarşıdakı dövrdə bu uğurların davam etdirilməsi, yeni nəsil idmançıların yetişdirilməsi və beynəlxalq arenada mövqelərin daha da möhkəmləndirilməsi əsas prioritet olaraq qalır. Mahir Süleymanlı Milli Məclisin deputatı Geri dön |