Ana Sayfa > Özəl > AB rəsmisi: “Rusiya rekord itkilər verir – 9 May paradı müharibənin vəziyyətini göstərir”
AB rəsmisi: “Rusiya rekord itkilər verir – 9 May paradı müharibənin vəziyyətini göstərir”Dünən, 21:00. Yazar: vasif |
|
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Rusiyanın Ukraynada ciddi itkilər verdiyini və bunun artıq açıq şəkildə hiss olunduğunu bildirib. Onun sözlərinə görə, Moskvada 9 May Qələbə Günü paradının ağır hərbi texnikasız keçirilməsi diqqətçəkən məqamdır və bu, müharibənin real vəziyyətinə işarə edir. Kallas iddia edib ki, döyüş meydanındakı statistika Rusiyanın rekord sayda canlı qüvvə itkisi verdiyini göstərir və Moskva qarşısına qoyduğu hərbi məqsədlərə çata bilmir. AB rəsmisi bu tendensiyanın getdikcə daha aydın göründüyünü də vurğulayıb. Geri dön |