Ana Sayfa > Özəl > İran müharibəsi dəniz ticarətini dəyişdi – Gəmiçilik Ümid burnuna qayıdır

İran müharibəsi dəniz ticarətini dəyişdi – Gəmiçilik Ümid burnuna qayıdır


Bu gün, 20:00. Yazar: vasif


Yaxın Şərqdə gərginliyin artması qlobal gəmiçilik marşrutlarını yenidən dəyişib. Apreldə Ümid burnu ətrafında tanker hərəkəti kəskin artaraq rekord səviyyəyə çatıb.

“Financial Times”ın məlumatına görə, Avropa–Asiya ticarət gəmiləri artıq Süveyş kanalından deyil, Afrikanın cənubundan keçən daha uzun marşrutdan istifadə edir. Buna səbəb Qırmızı dənizdə husilərin hücumları və bölgədə İran ətrafında artan hərbi gərginlikdir.

2023-cü ildən etibarən təhlükəsizlik riskləri səbəbindən şirkətlər Ümid burnu yoluna yönəlmişdi. Qısa müddətlik atəşkəs zamanı Süveyşə qayıdış olsa da, yeni münaqişələr bu planı yenidən pozub.

Nəticədə daha uzun və baha başa gələn Afrika marşrutu yenidən əsas seçimə çevrilib. Gəmiçilik şirkətləri yüksək yanacaq və vaxt itkisinə baxmayaraq Süveyşə qayıtmaqdan çəkinirlər.

Beləliklə, 1869-cu ildən sonra formalaşan qlobal ticarət sistemi müharibə riskləri səbəbilə yenidən “Ümid burnu dövrünə” qayıdır.
Geri dön