Ana Sayfa > Özəl > Ənənəvi ticarət geri çəkilir – bəzi mağazaların bağlanması qaçılmaz sayılır
Ənənəvi ticarət geri çəkilir – bəzi mağazaların bağlanması qaçılmaz sayılırBu gün, 18:34. Yazar: vasif |
|
Dünyada onlayn ticarətin sürətli inkişafı fiziki mağazaların mövqeyini getdikcə zəiflədir. Son illərdə istehlakçıların böyük hissəsi alış-verişi internet üzərindən etməyə üstünlük verdiyi üçün ənənəvi satış məntəqələrinin dövriyyəsi azalmaqdadır. İqtisadçı Natiq Cəfərli bildirib ki, bu prosesə qarşı çıxmaq deyil, ona uyğunlaşmaq daha doğru yanaşmadır. Onun sözlərinə görə, fiziki mağazaların yüksək icarə və əməliyyat xərcləri onların rəqabət qabiliyyətini azaldır. Ekspert qeyd edir ki, gələcəkdə bir çox mağaza ya fəaliyyətini dayandıracaq, ya da xidmət və əyləncə məkanlarına çevriləcək. Bununla yanaşı, bizneslərin rəqəmsal platformalara inteqrasiyası zəruri hesab olunur. Bununla belə, bəzi sahələrdə fiziki satış nöqtələrinin qalacağı da vurğulanır. Xüsusilə geyim və ayaqqabı kimi məhsullarda müştərilərin məhsulu yerində yoxlama ehtiyacı butik tipli mağazaların fəaliyyətini davam etdirməsinə imkan verəcək. Ümumilikdə, ekspertlər hesab edir ki, ticarət sektorunda əsas trend rəqəmsallaşmadır və bu dəyişikliklərə uyğunlaşmayan bizneslərin bazardan çıxması ehtimalı artır. Geri dön |