Ana Sayfa > Özəl > Bakıdan Brüsselə sərt mesaj - əlaqələr donduruldu

Bakıdan Brüsselə sərt mesaj - əlaqələr donduruldu


1-05-2026, 11:00. Yazar: vasif
Bakıdan Brüsselə sərt mesaj - əlaqələr donduruldu


Milli Məclisin Avropa Parlamenti ilə əlaqələri dayandırmaq qərarı Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyinin növbəti ifadəsi kimi qiymətləndirilir. Deputat Kamran Bayramovun sözlərinə görə, bu addım Avropa Parlamentinin son dövrlərdə nümayiş etdirdiyi qərəzli yanaşma və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə adekvat cavabdır.

Qərara əsasən, Avropa Parlamenti ilə bütün istiqamətlərdə əməkdaşlıq dayandırılır, Avronest Parlament Assambleyasındakı üzvlüyə xitam verilir və Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi ilə münasibətlər dondurulur.

Deputat bildirib ki, Azərbaycan uzun illər konstruktiv dialoqa açıq olub, lakin bu yanaşma qarşı tərəf tərəfindən sui-istifadə olunub. Onun fikrincə, 2015-ci ildən sonra göstərilən xoşməramlı jestlər də nəticə verməyib və münasibətlər bu günkü gərgin nöqtəyə çatıb.

Bayramov vurğulayıb ki, Bakı üçün suverenlik və milli maraqlar hər şeydən üstündür və ölkə daxili işlərə müdaxiləni qəbul etmir. O, əlavə edib ki, bu qərar yalnız Avropa Parlamentinə deyil, ümumilikdə beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır.

Rəsmi mövqeyə görə, Azərbaycan sülh və bərabərhüquqlu tərəfdaşlıq xəttini davam etdirir, lakin qərəzli yanaşmalara qarşı sərt addımlar atmaqda qərarlıdır.
Geri dön