Ana Sayfa > İdman > Ronaldo Mülleri geridə qoydu

Ronaldo Mülleri geridə qoydu


13-03-2017, 13:28. Yazar: admin
Ronaldo Mülleri geridə qoydu


"Real"ın hücumçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.

AİA.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı buna "Betis"lə La Liqanın XXVII tur matçında nail olub.

Belə ki, qarşılaşmanın 41-ci dəqiqəsində bərabərlik qoluna imza atan Ronaldu "top-5" liqalarda (İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) qol sayını 366-ya çatdırıb. Bununla əfsanəvi Herd Mülleri geridə qoyan 32 yaşlı oyunçu bu baxımdan lider olan ingiltərəli Cimmi Qrivzi yaxalayıb. Ronaldo çempionatda daha bir dəfə fərqlənəcəyi təqdirdə, "böyük beşlik" ölkələrinin çempionatlarında ən çox qol vuran futbolçuya çevriləcək.

Qeyd edək ki, 2003-2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinmiş Kriştianu Ronaldo İngiltərə Premyer Liqasında 84 qola imza atıb.


AİA.az
Geri dön