Ana Sayfa > Media > Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaqBu gün, 12:08. Yazar: Subhan |
![]() 17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) media mərkəzi yaradılacaq. aia.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi"nə həsr olunan panel sessiyada deyib. Onun sözlərinə görə, WUF13-ə hazırda qeydiyyat davam edir: "800-dən artıq yerli və xarici media nümayəndələri akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında ahər cür şərait yaradılacaq. Jurnalistlər üçün Media mərkəzi yaradılacaq". Eldar Rəsulov vurğulayıb ki, tədbir zamanı 40 əsas sessiya baş tutacaq: "Sessiyalarda ölkələr şəhərsalma sahəsində təcrübələrini bölüşəcək". O qeyd edib ki, son 10-12 ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər çərçivəsində institusional baza formalaşıb. Eldar Rəsulov həmçinin qeyd edib ki, tədbir zamanı nəqliyyatın doğru və təhlükəsiz axını üçün hazırda şəhərdə monitorinqlər aparılır. "Bakının bir sıra prospekt və küçələrində tənzimləmələr həyata keçirilir". aia.az Geri dön |